Belorus ordusu əsgərinin günlük həyatı fotolarda

Çağırışçılar qatarda hərbi hissəyə aparılırlar.

Çağırışçılar evdən götürdükləri ərzağı elə qatarda yeyib qurtarmağa çalışırlar, çünki hərbi hissəyə getsə, zabitlər əllərindən alacaq.

Yeni çağırışçılar 40 kilometr məsafəyə qaçış zamanı.

Silah anbarını qoruyan əsgər 22 saat yatmadan keşikdə dayana bilməlidir.

Sovet dövründən qalma ənənə kimi əsgərin başı dibdən qırxılmalıdır.

Barakda içməli su daşıyan əsgər.

Çöldə şaxtalı havada növbədən dönən əsgərlər isti suyu, duşu olmayan yataqxanalara çəkilirlər.

Əsgər çölə çıxarılmış çarpayıların keşiyində.

Qar təmizləməyə cəlb edilmiş əsgərlər.

Qar təmizləyən əsgərlərin qısa fasiləsi.

Yorulub əldən düşmüş əsgər stolun üstündə yatır.

Mətbəxdə 1200 əsgərin yemək qabını 3 əsgər yumalıdır. 24 saat işləmiş əsgər əlinə keçənlə mədəsini doyurmağa çalışır.

Axşam həyatının gündəlik norması - çırıq-söküyünü hərə özü tikməlidir.

Zabitlər üçün tualet quyusu qazan əsgər.

Gizli siqaret çəkmə fasiləsində olan əsgər. Siqaret əsgərin çətin tapdığı şeydir, heç kim olanını başqaları ilə paylaşmaq istəmir. 

Qısa fasilədə itlə oynayan əsgər. 

Bu təlim yəqin ki, dünyanın başqa orduaları ilə eynidir.

Xidmətini başa vurub evə dönməyə hazırlaşan əsgər qatar bileti gözləyir.

Xüsusi xidmət əsgərinin paltarında evə dönən əsgər qatara minməyini gözləyir. 

18 aylıq hərbi xidmətin sonunda evə dönən əsgərlər qatarda bunu qeyd edirlər. Ali məktəb məzunlarına hərbi xidmət dövrü 12 aydır.

Bəzi əsgərlər evlərinə əvvəlcə sevgililərinə baş çəkib dönürlər. İnanca görə bir qız sevdiyini 18 ay xidmət dövründə gözləyibsə, demək ondan yaxşı xanım çıxacaq.

Hərbi xidmətdən dönən əsgərin ailəsində şadyanalıq.