İrandan Naxçıvana yol — sanksiyalar mane ola bilər?
Sizin brauzer HTML5-i dəstəkləmir
ABŞ-nin İrana qarşı sanksiyaları sərtləşdirməsi rəsmi Bakının Naxçıvana çəkilən yeni marşrutunda praktiki çətinliklər yarada bilər. Tikintisi tamamlanmaqda olan "Araz dəhlizi" regional ticarət üçün mühüm əhəmiyyət kəsb etsə də, beynəlxalq sığorta, bank və yükdaşıma şirkətləri sanksiya qorxusundan bu yoldan kənarda qala bilərlər. Analitiklərin fikrincə, Bakı layihəni humanitar zərurət kimi əsaslandırmaqla və mümkün olduqda ABŞ dolları ilə əməliyyatlardan yayınmaqla bu riskləri azaltmağa çalışmalıdır.