Qələm bildiyi əşya barmaqlarını qopardı

Foto: arxiv

Ağcabədi sakininin tapdığı əşya əlində partlayıb.(APA)

Hadisə rayonun Minəxorlu kəndində olub.

Kənd sakini, 70 yaşlı Yusif Əliyev yerdən tapdığı qələmə oxşar əşyanı əlinə götürərkən partlayış baş verib. O, dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Xəstəxanadan APA-ya verilən verilən xəbərə görə, Y. Əliyevin üç barmağı amputasiya edilib. Hazırda onun vəziyyəti normaldır.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.