AN-12 təyyarəsi qəzaya düşüb, 41 nəfər həlak olub

Foto arxiv

.

“Antonov” nəqliyyat təyyarəsi noyabrın 4-də Cənubi Sudanda qəzaya uğrayıb.

Nəticədə yerdəkilər də daxil olmaqla azı 41 nəfərin öldüyüxəbər verilir.

Qəza təyyarə Cuba beynəlxalq hava limandında havaya qalxdıqdan az sonra baş verib.

Bu barədə Associated-Press agentliyi yerli hökumətə istinadla xəbər verir.

TASS-ın məlumatına görə isə təyyarədə 50-ə yaxın sərnişin olub .

Ölən 6 heyət üzvündən 5-i Ermənistan vətəndaşı, şturman isə rusiyalıdır.

Agentliyin məlumatına görə, təyyarə Tacikistanda qeydiyatdan keçib.

Bir uşaq da daxil olmaqla sərnişinlərdən ikisi sağ qalıb.

Buna da bax: Rusiya təyyarəsinin raketlə vurulması təsdiqlənmir

Rusiyanın Uqandadakı konsulluq şöbəsinin rəsmisi hadisə yerinə yollanıb.

BMT-nin Cənubi Sudandakı Missiyasının məlumatına görə, Yuxarı Nil əyalətinin Palox şəhərinə uçan təyyarə uçuş zolağının təxminən 800 metrliyində qəzaya düşüb.Məlumatlara görə, təyyarə Ağ Nil çayındakı kiçik adaya düşüb.