Türkiyədə hökumət binası yaxınlığında partlayış olub

TURKEY-BLAST/ANKARA

Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib.

Hökumət rəsmiləri hadisənin iki terrorçu tərəfindən təşkil olunduğunu bildirir.

Reuters agentliyi yazır ki, onlardan biri hadisə yerində ölüb, digəri isə polis tərəfindən "zərərsizləşdirilib". Hazırda hadisə yerinə çox sayda polis və həkim briqadası gəlib.

Türkiyənin dövlət televiziyası TRT-nin məlumatına görə, hadisə nəticəsində 2 polis yaralanıb.

Qeyd edək ki, partlayış Türkiyədə parlamentin açılışı olacağı gün hökümət binaları və parlamentin olduğu bölgədə baş verib.

Ankara Respublika Baş Prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb.