Amerika 11 sentyabr qurbanlarını anır [Video]

Donald Trump 11 sentyabrda anım mərasimində

ABŞ prezidenti Donald Trump və birinci ledi Melania Trump ABŞ-da 11 sentyabr terror hücumlarının 16-cı ildönümünü bir dəqiqəlik sükutla qeyd ediblər.

Vaşinqtonda Ağ Evdə keçirilən anım mərasimində bir dəqiləlik sükut sentyabrın 11-i saat 8:46-da başlanıb.

2001-ci ilin 11 sentyabrında terrorçuların qaçırtdığı ilk təyyarə Nyu Yorkda Dünya Ticarət Mərkəzinin yerləşdiyi Ekiz Binalara məhz 8:46-da çırpıldı.

Sizin brauzer HTML5-i dəstəkləmir

Donald Trump 11 sentyabr qurbanlarını anır

O vaxt Əl Qaida terrorçularının qaçırtdığı 2 təyyarə Nyu Yorkda Dünya Ticarət Mərkəzinin Ekiz Binalarına, bir təyyarə Pentaqonun binasına çırıldı, bir təyyarə isə Pensilvaniya ştatında yerə düşdü.

2001-ci ilin 11 sentyabr terror hücumlarında ABŞ-da 3 minə yaxın adam həlak oldu.

11 sentybar terrorundan 10 il sonra - Pakistanda keçirdiyi xüsusi əməliyyatda ABŞ Əl Qaida lideri Usama bin Ladeni öldürdü.

Buna da bax: 11 sentyabr terrorunun görüntüləri

Sizin brauzer HTML5-i dəstəkləmir

Dünyanı dəyişən 11 Sentyabr görüntüləri

​

Buna da bax: 11 sentyabr tarixi sizə nə deyir? (Bakıda sorğu)

Sizin brauzer HTML5-i dəstəkləmir

11 sentyabr hadisələri yaddaşlarda necə qalıb?

​