Anar yenə Yazıçılar Birliyinin sədri oldu

Bu zaman əvvəlcədən namizədlikləri açıqlanan şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi isə səsə qoyulmayıb.

Yazıçı Anar növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Oktyabrın 26-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilib.

Bakıda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna seçki keçirilib.

Bu zaman əvvəlcədən namizədlikləri açıqlanan şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi isə səsə qoyulmayıb.

Bu hər iki namizədin narazılığana səbəb olub.

Anar 1987-ci ildən (SSRİ dövründən) AYB-nin sədridir. Qurumun sədrliyinə seçkilər sonuncu dəfə 2014-cü ildə keçirilmişdi.