'Amnesty International' qiyabi həbslərin ləğvinə çağırır; Ərəstun Oruclu: 'Ekstradisiya riski var'

Sizin brauzer HTML5-i dəstəkləmir

"Amnesty International" insan hüquqları təşkilatı Azərbaycan hökumətindən mühacirətdə olan fəallara qarşı çıxarılan "qiyabi həbs" qərarlarını ləğv etməyə çağırır. Hazırda ABŞ-də yaşayan siyasi şərhçi Ərəstun Oruclu bildirir ki, bu cür məhkəmə hökmləri onun fəaliyyətinə təsir etməsə də, hərəkət azadlığını ciddi şəkildə məhdudlaşdırır. Ekspertin sözlərinə görə, saxta ittihamlar əsasında İnterpola müraciət edildikdə, tənqidçilər xarici ölkələrdə saxlanıla və araşdırıla bilər. Oruclu xüsusilə Gürcüstan, Ukrayna və bəzi Şərqi Avropa ölkələrində Azərbaycan mühacirlərinin saxlanılaraq ekstradisiya olunma riskinin yüksək olduğunu vurğulayır.