Vaşinqtonda adamlara atəş açmaqda suçlanan türk yaxalanıb

Arcan Cetin, Burlington, Washington

Vaşinqton polisi ticarət mərkəzində adamlara atəş açmaqda suçlanan 20 yaşlı Arcan Cetin adlı şəxsi yaxalayıb.

Polis onun hücumun səbəblərini aydınlaşdırmağa çalışır.

Cetin Türkiyədə doğulub, ancaq ABŞ-da qanuni yaşamaq icazəsi var.

Reuters xəbər verir ki, polis Arcan Cetin-in tutulması zamanı hər hansı xoşagəlməz hal yaşanmadığını bildirib.

Arcan Cetin sentyabrın 23-də axşam saatlarında Vaşinqtonda “Cascade Mall”ın kosmetika satılan hissəsində adamlara atəş açıb. 4 qadın orda ölüb, ağır yaranan bir kişi isə xəstəxanada vəfat edib.

Buna da bax:​ ABŞ-da silahlı insident: 4 ölü

Polis deyir ki, hələ də Cetin-in hərəkəti aydın deyil.

Cetin Türkiyədə doğulub, ancaq ABŞ-da qanuni yaşamaq icazəsi var.

Rəsmilər ölənlərin kimliyini açıqlamasa da, yerli media yazır ki, onlar arasında gənclər və qocalar, o cümlədən, ana və qızı olub.