ABŞ səfirliyi REAL-la maraqlanıb

REAL-çılar Natiq Cəfərli (sol) və Erkin Qədirli

Bu gün, yanvarın 28-də ABŞ səfirliyinin diplomatları Zia Saed və Vilyam Soli REAL Hərəkatının ofisində təşkilat rəhbərliyilə görüş keçiriblər.

Bu barədə REAL rəsmisi Natiq Cəfərli məlumat verib.

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli, İdarə Heyətinin üzvləri Erkin Qədirli, Azər Qasımov və Rəsul Cəfərov diplomatlarla ölkədəki ictimai-siyasi vəziyyəti, iqtisadi inkişaf perspektivlərini, təşkilatın sədri İlqar Məmmədovun hələ də qanunsuz həbsdə saxlanılması, o cümlədən son 2 gündə REAL-a qarşı artmaqda olan təyziqləri müzakirə ediblər.

Ötən gün prokurorluq REAL-ın iranlı diplomatdan pul alması barədə materialların araşdırılmasına başlandığını bildirib.

Həmin məqalə virtualaz.org saytında dərc edilmişdi. REAL məqalədəki ittihamları təkzib edir.