Amerikan Hava Yollarına aid Boeing 767 təyyarəsi Çikaqodan havaya qalxmaq istəyəndə sağ matoru alışıb.
Pilot təyyarənin boşaldılması təlimatı verib. Həmin vaxt təyyarədə 167 sərnişin və 9 ekipaj üzvü olub.
Hadisə zamanı 19 nəfər yüngül xəsarət alıb.
Amerikanın karqo şirkəti FedEx-ə aidDC-10 tipli təyyarə isə FloridadaFort Lauderdale Hollywood Havalimanına endiyi zaman alovlanıb. Xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.