Dekabrın 16-da ABŞ özünü İslam dövləti adlandıran yaraqlıların başçısı Abu Bakr al-Baghdadi üçün vəd etdiyi mükafatı iki dəfədən çox artırıb.
ABŞ Dövlət Departamenti Baghdadi-nin yerini deyən şəxsə 25 milyon dollar ödəyəcək. 2011-ci ildən indiyə kimi mükafat fondu 10 milyon dollar olub.
İraqlı, əsl adı Ibrahim al-Samarrai olan Baghdadi iki il əvvəl İraq və Suriyada İD-in işğal etdiyi ərazilərdə özünü xəlifə elan edib. Onu “xəlifə İbrahim” deyə çağırırlar.
Onun dəqiq yeri məlum deyil. Məlumatlara görə, o, Molsulda, ya da Suriya İD-in tutduğu ərazilərin birindədir.
ABŞ Dövlət Departamenti Bagdadinin başına qoyulmuş mükafatın artırılmasını onunla əsaslandırıb ki, Baghdadi-nin rəhbərliyi altında İD Orta Şərqdə minlərlə dinc sakinin ölümünə, Yaponiya, ABŞ və Britaniyadan girov götürülmüş şəxslərin qətlinə məsuliyyət daşıyır.