Bir gündə 6 nəfər boğuldu! Almaniyada isə uşaqlar 3-cü sinifdən üzməyi öyrənir
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda çimərlik mövsümü başlayandan bəri suda boğulma halları ilə bağlı xəbərlər artıb. Təkcə iyunun 4-də, bir gün ərzində altı nəfər suda boğulub.
Almaniya məktəblərinin birində çalışan keçmiş jurnalist Maarif Çingizoğlu bildirir ki, bu ölkədə boğulma hallarını azaltmaq üçün uşaqlara 3-cü sinifdən etibarən üzgüçülük və suda təhlükəsizlik qaydaları məcburi tədris olunur: "Bu, bir tədris ili davam edir. Uşaqlar müəyyən normativləri keçməli, qiymətlər almalı və müvafiq səviyyələrə nail olmalıdırlar".