Aprelin 16-sı bazar günənə keçən gecən Finlandiyada Avropanın ən böyük nüvə reaktorunu işə salınıb.
Gücü 1600 giqavat olan reaktorun ölkənin enerji istehlakının 14 faizini ödəyəcəyi bildirilir. Finlandiyalı energetiklər hesab edirlər ki, yeni reaktorun işə düşməsi elektrik enerjisinin qiymətinin ucuzlaşmasına, həm də qonşu Norveç və İsveçdən elektrik enerjisi idxalının azalmasına gətirib çıxaracaq.
Buna da bax: Ukraynada az qala nüvə fəlakəti ola bilərmişBundan başqa əldə edilən enerji 5,2 milyon mənzili qızdırmaq üçün kifayət edəcək.
2005-ci ildə tikintisinə başlanılan reaktorun 4 il sonra -2009-da istifadəyə verilməsi planlaşdırılsa da açılış bəzi texniki çətinliklərə görə dəfələrlə təxirə salınıb.
Məlumatda o da vurğulanır ki, yeni reaktorun işə düşməsi Rusiyadan Finlandiyaya elektrik enerjisi idxalının dayandırılması nəticəsində yaranan kəsiri tam ödəyəcək. Rusiya 2022-ci ilin mayında Finlandiyaya elektrik enerjisinin ötürülməsini dayandırıb. Beləki Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra Finlandiya idxal üçün ödənişi dayandırıb.
Şənbə günü, aprelin 15-də Almaniya ölkədə fəaliyyət göstərən son üç Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırıb.
Buna da bax: Azərbaycanda enerji keçidi nə yerdədir?Almaniyada ilk AES 1961-ci ildə fəaliyyətə başlayıb. 2000-ci illərdə ölkədə 19 atom elektrik stansiyası olub ki, bu stansiyalar bütün elektrik enerjisinin üçdə birini istehsal edib. Amma Yaponuyada Fukusima AES -dəki qəzadan sonra Angela Merkel hökuməti nüvə enerjisinin çox təhlükəli olduğunu əsas gətirərək AES-ləri mərhələli şəkildə dayandırmaq planını qəbul edib.
YouGov rəy araşdırması institutunun keçirdiyi sorğu göstərir ki, almanların təxminən üçdə ikisi “dinc atomdan” imtinanı dəstəkləmir. Respondentlərin yalnız 26 faizi ölkədəki AES-lərin dərhal bağlanmasını düzgün hesab edir.
Amma Avropada nüvə enerjisi ilə bağlı məsələlər hələ də mübahisəlidir. Misal üçün Almaniyadan fərqli olaraq İsveç, Fransa və Böyük Britaniya kimi ölkələr AES-ləri dayandırmaq yox, əksinə bu sahədə yeni inkişaflar planlaşdırırlar.