Almaniya və Rusiya bir-birilərinin diplomatlarını ölkələrindən çıxarır

Rusiya XİN, arxiv foto

Rusiya Xarici İşlər Nazirliyi Almaniya diplomatlarını kütləvi şəkildə ölkədən çıxarmaq qərarına gəldiyini bildirib. Bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.

Eyni gündə Almaniya da Rusiya diplomatlarını ölkədən çıxardığını açıqlayıb. Xarici İşlər Nazirliyindən “Deutsche Welle”yə bildirib ki, Rusiya diplomatlarının ölkədən çıxarılmasında məqsəd “Rusiya xüsusi xidmət orqanlarının ölkədə mövcudluğunu azaltmaq” olub.

Buna da bax: Çinlə Rusiyanın dezinformasiya əməkdaşlığı güclənib

Buna cavab olaraq, Moskva da Almaniya diplomatlarının Rusiyadan çıxarılmasını, habelə diplomatik nümayəndəliklərinin işçilərinin sayına da əhəmiyyətli məhdudiyyət qoyulduğunu elan edib.

Açıqlamaya görə, Almaniya səfiri Geza Andreas fon Geyr agentliyin qərarı ilə bağlı hələ aprelin 5-də rəsmi məlumatlandırılıb.

Daha sonra Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 20-dən çox alman diplomatın Rusiyadan çıxarılacağını açıqlayıb.

Hələ martda "Focus" jurnalı Almaniyanın 30-dan çox Rusiya diplomatını ölkədən çıxarmağı nəzərdən keçirdiyini yazmışdı.

Buna da bax: Rusiyalıların Polşa, Baltik ölkələrinə girişi məhdudlaşdırılır

Mətbuatın yazdığına görə, Almaniya təhlükəsizlik orqanları Rusiya nümayəndələrinin öz diplomatik toxunulmazlıqlarından istifadə edərək təxribat törətmək və ya dezinformasiya yaymaq üçün informator cəlb edə biləcəkləri qənaətinə gəliblər.

2022-ci ilin aprelində Almaniya Rusiyanın 40 diplomatını persona non-qrata elan edib, Rusiya da eyni sayda Almaniya diplomatını ölkədən çıxarıb.