Prezident ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Amerika Birləşmiş Ştatları Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib

Söhbət zamanı regional inkişaf və əməkdaşlıq üçün yeni imkanların olduğu qeyd edilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Azərtacın xəbərinə görə, görüşdə Azərbaycanla-ABŞ arasında diplomatik əlaqələrin qurulmasının gələn il 30 illiyinin qeyd ediləcəyi, ölkələr arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu bildirilib:

“Enerji sahəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi, Birləşmiş Ştatların Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğu vurğulanıb”.

Məlumata görə, söhbət zamanı regional inkişaf və əməkdaşlıq üçün yeni imkanların olduğu qeyd edilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

(ABŞ) Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson bu həftə Qafqaz respublikalarına səfər edib.

O Azərbaycandan əvvəl Ermənistan və Gürcüstanda olub.