Prezidentin qızı tarixi film çəkir (Video)

Aliya Nazarbayeva

Qazaxıstan prezidentinin qızı Aliya Nazarbayeva kraliça Tomiris haqqında film çəkir.

“Massagetlər qılıncları qaldırın” adlı tarixi filmi “Qazaxfilm” studiyası çəkir.

Mədəniyyət nazirliyinin sifarişi ilə çəkilən film eramızdan əvvəl VI əsrdə baş verən hadisələrdən bəhs edir.

Saka tayfası həmin vaxt kraliça Tomirisin rəhbərliyi ilə fars qoşunlarını qəti məğlubiyyətə uğradırlar.

Filmin baş pradüseri Aliya Nazarbayevanın sözlərinə görə, filmin senarisi orjinaldır, hansısa əsərə bənzəmir.

Filmin çəkilişinə məsləhətçi-tarixçilər də cəlb edilib.

“Qazaxfilm” studiyası bu dövrü ilk dəfə işıqlandırdığına görə, filmdə istifadə olunacaq bütün kostyumlar, silah və digər dekorasiyalar xüsusi hazırlanacaq.

Hazırda kraliça Tomiris rolunu oynayacaq aktrisanın final seçimi keçirilir.

Finalda tanınmış aktrisalarla yanaşı, regional teatrlardan seçilmiş qızlar da iştirak edir.

Hazırda ölkədə filmin reklamı nümayiş etdirilir.

Təşkilatçıların sözlərinə görə filmdəki rollara 10 mindən çoxiddiaçı olub.

Baş və köməkçi rollara yekun seçim “Qazaxfilm” in Alma-Atıdakı studiyasında keçiriləcək.

Çəkilişlər bu ilin dekabrından başlanmalıdır.

Əgər hər şey plan üzrə getsə artıq 2018-ci ilin dekabrında filmə ilk baxış olacaq.

Amma bu gün əsas sual, kralicanın necə görsənməsi və rejissor Akan Sataev-də hansı obrazın formalaşmasıdır.

“Birmənalı şəkildə cavab vermək çətindir, hazırda bu obraz formalaşır, videotestlər edilir. Baş rola bütün namizədlərin noyabr ərzində Jandarbek Kunqujinov düşərkəsində at və qılıncoynatma idmanı, dava, vuruşmaq və digər şeylərlə məşğul olmalarını istəyirik” Sataev deyir.