Aliment ödəməyən 2 min 300-dən çox şəxs həbs edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Məsuliyyətsiz atadan alimenti necə almaq olar? - Norveç təcrübəsi

"2025-ci ildə aliment ödəməkdən yayınan 4 min 299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, 3 min 83 halda məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub, 2 min 344 nəfər inzibati qaydada həbs edilib...". Yerli saytların məlumatına görə, bunu bu gün, martın 4-də ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsində "Qanunvericilikdə gender bərabərliyi" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

2026-ci ilin yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləği 246 manatdan 260 manata qaldırılıb.

Bu vaxta qədər ölkədə aliment ödəməkdən yayınan və məsuliyyətə cəlb edilən şəxslərlə bağlı ardıcıl, dəqiq statistika açıqlanmayıb.

Amma Daxili İşlər Nazirliyi az qala hər gün borca görə Azərbaycanda saxlananların olduğunu bildirir. Elə dünən, martın 3-də bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 177, o cümlədən borclu şəxs qismində 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

2024-cü ildə dörd, 2022-ci ildə isə icraatda olan aliment işlərinə görə 5 mindən çox şəxsin axtarışda olduğu açqlanmışdı. Ekspertlər belə vəziyyətin yaranmasını, əsasən, maddi məsələlərlə izah edirlər.