'Bu cır akademiyada elmdən danışmaq gülməlidir'. Mehdiyev AMEA-dan qovuldu — akademiklər əslində necə seçilir?
Sizin brauzer HTML5-i dəstəkləmir
Dövlətə xəyanət maddəsi ilə 14 il şərti cəza alan sabiq administrasiya rəhbəri Ramiz Mehdiyevin AMEA üzvlüyündən qovulması Azərbaycan elminin ən böyük pərdəarxası problemini yenidən gündəmə gətirib. Vaxtilə Mehdiyevin özünün də qanun pozuntusu ilə akademik seçildiyi iddiaları fonunda müstəqil alimlər və rəsmi şəxslər tamamilə fərqli mənzərə cızırlar: Azərbaycanda elmi adlar böyük kəşflərə görə verilir, yoxsa əsas meyar hakimiyyətə sadiqlik və siyasi loyallıqdır?