Ana və üç uşaq dəm qazından boğulub

İnfographika, dəm qazını necə hiss etməli və nə etməli

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsindəki evlərin birində dəm qazından 4 şəxsin öldüyü bildirilir.
Yanvarın 25-də həmin ünvanda ölüm hadisəsinin baş verdiyini Suraxanı Rayon İcra Hakimiyyətindən də təsdqləyiblər.

Yerli sakinlərin bildirməsinə görə, ana və üç uşağı dəm qazından boğularaq ölüb. Onlar həmin mənzildə kirayədə yaşayıblar.

Suraxanı rayon Prokurorluğundan faktla bağlı araşdırma aparıdğı deyilir.

Xatırlatma

Azərbaycanda hər qış fəsilində dəm qazı zəhərlənməsi narahatlıq doğurur. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən hələ ötən (2018) ilin sonlarında bildirmişdilər ki, payız mövsümündə 46 nəfər dəm qazından zəhərlənib. Bəzi ekspertlər əhaliyə verilən qazın tərkibində problemlər olduğunu düşünürlər. Hərçənd, rəsmilər bunu qəbul etmirlər. Onlar dəm qazı zəhərlənməsini, əsasən bacaların təmizlənməməsi və başqa təhlükəsizlik tədbirlərinin görülməməsi ilə izah edirlər.

Buna da bax: FHN-dən dəm qazı xəbərdarlığı