İyulun 9-da Ağcabədi rayonunun Rəncbərlər kəndində toy mərasimində 34 nəfərin zəhərləndiyi bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a bildirilib ki, qida zəhərlənməsi şübhəsi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.
33 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda bir nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) da "Turan"a bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalara başlanılıb: "İlkin araşdırma zamanı məlum olub ki, məişət şəraitində hazırlanan məhsullar toy mərasimində istehlakçılara təqdim olunub".
Buna da bax: 'Kolbasadan ətdən başqa hər şeyin dadı gəlir' - Ərzaq təhlükəsizliyi necə yoxlanır...