Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb 

Azərbaycanda meşə, arrxiv foto

Ekologiya və Təbii Sərvətlər Nazirliy "Ekofront" İctimai Birliyinin etirazları ilə bağlı iyulun 9-da açıqlama yayıb.

Açıqlamaya görə, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Lənkəran rayonunun Haftoni ərazisində “Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə araşdırma Qrupunun ilkin yoxlamaları başa çatıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunub:

“Araşdırmaların nəticəsi olaraq kəsilmiş ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəymiş ziyanın ödətdirilməsi və “Beta” şirkətinin cərimə olunması həyata keçirilir”.

Xidmət rəsmisinin sözlərinə görə vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyən meşə xidməti işçiləri barəsində isə intizam tənbeh tədbirləri görülür.

Bu açıqlamaya, hələlik, “Beta” şirkəti və başqa cavabdeh şəxslərdən münasibət almaq mümkün olmayıb.

Bu həfətənin əvvəlində "Ekofront" İctimai Birliyinin fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliy qarşısında toplaşmışdılar.Onlar nazirlə görüş təlb etsələr də bu gerçəkləşməmişdi. Fəallar vurğulamışdılar ki, aqrobağların salınması adı altında meşələr qırılır.Onlar aqrobağların salınması ilə bağlı müqavilələrin açıqlanmasını və meşələrin qırılmasına xidmət edən müqavilələrə xitam verilməsini təlb edirdilər.

Fəallar xüsusilə də Lənkəran rayonunun Haftoni ərazisinə diqqət çəkirdilər