Ağabəy Əsgərov "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.
Bununla bağlı bu gün, sentyabrın 30-da prezident İlham Əliyev sərəncam verib.
Keçmiş deputat, "91-lər"in üzvü olan Ağabəy Əsgərov 2005-ci ildə bu vəzifəyə təyin edilmişdi.
1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət edərək ondan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş edən şəxslər "91-lər" adını almışdı. O vaxt onların müraciəti "Səs" qəzetində dərc edilmişdi. Həmin müraciətdən bir il sonra YAP sədri olan Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlmişdi.