Adil Kərimli mədəniyyət naziri təyin edilib

A.Kərimli

Adil Kərimli Azərbaycanın mədəniyyət naziri təyin edilib. Bununla bağlı prezident İlham Əliyev aprelin 14-də sərəncam imzalayıb.

Prezidentinin digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

A.Kərimli 1979-cu ildə doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib.

A.Kərimli 2010-cu ildə Azərbaycanın "Eurovision" mahnı yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub.

Əvvəlki Mədəniyyət naziri Anar Kərimov 2022-ci il dekabrın 22-də həmin vəzifədən azad edilib.