Hərbi hissələrdə “Açıq qapı” günüdür

arxiv foto

Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, gün ərzində ziyarətçilər, ictimaiyyət, KİV nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış ola bilərlər. Onlara xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı verilir.