ABŞ-ın səfiri bu həftə Rusiyaya qayıdır

Con Sallivan

İyunun 20-də Rusiyanın səfiri Anatoli Antonov Birləşmiş Ştatlara qayıdıb.

ABŞ-ın səfiri Con Sallivan “bu həftə” Moskvaya qayıdacaq. O, iki ay öncə Birləşmiş Ştatlarla Rusiyanın münasibətləri kəskin pisləşəndə ölkəsinə getmişdi.

Açıqlamanı iyunun 21-də Dövlət Departamentinin sözçüsü Ned Prays verib.

İyunun 16-da Cenevrədə sammit keçirən ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə birlikdə səfirlərin tezliklə missiyalarının başına dönəcəyini açıqlayıblar.

“Biz Rusiya hökumətilə kommunikasiya kanallarına açmağa sadiqik, həm ABŞ-ın maraqlarının irəli aparılması vasitəsi kimi, həm də ölkələrimiz arasında yanlışlıqlar riskini azaltmaq üçün”, – Prays deyib.

İyunun 20-də Rusiyanın səfiri Anatoli Antonov Birləşmiş Ştatlara qayıdıb. O, Rusiya mediasına nikbin olduğunu, “bərabər və praqmatik” münasibətlər qurmaq istədiyini deyib.

Bayden martda Putinin “qatil” olmasına inandığını deyəndən sonra Antonov geri çağrılıb.

Bayden yanvarda prezident postuna keçəndən ikitərəfli münasibətlər pisləşib. Apreldə tərəflər qarşılıqlı sanksiyaları açıqlayıb, bir-birinin diplomatlarını ölkədən çıxarıblar.