ABŞ baş prokurorunun müavini Rosenstein istefa verir

Rod Rosenstein

ABŞ baş prokurorunun müavini Rod Rosenstein istefaya getdiyini elan edib. Onun istefası mayın 11-dən qüvvədə olacaq.

Rosenstein istefa ərizəsini prezident Donald Trump-a aprelin 28-də təqdim edib.

Trump administrasiyası zamanında, iki il müddətində təlatümlü iş şəraitində çalışan Rosenstein-in istefası, xüsusilə də ötən fevralda William Barr-ın baş prokuror əvəzi təyin edilməsindən sonra gözlənilən idi.

2016-cı ilin prezident seçkisinə Rusiyanın müdaxiləsinin, habelə Rusiya rəsmiləri ilə Trump-ın seçki kampaniyası arasında iddia olunan bağların təhqiqatı üçün xüsusi prokuroru da Rosenstein təyin etmişdi.

Bundan az əvvəl ovaxtkı baş prokuror Jeff Sessions maraqlı tərəf olaraq özünü bu təhqiqatdan aralamışdı.

Rosenstein-ın hələ mart ayında istefa verəcəyi gözlənilirdi, lakin o xüsusi prokuror Robert Mueller-in təhqiqatının başa çatmasını və bu təhqiqat hesabatının redaktəli variantının açqılanmasını gözləmişdi.

Özünün istefa məktubunda Rod Rosenstein yazır ki, o “Amreikanın daha qüdrətli edilməsi dəyərlərinə bağlı insanları iş başına gətirməklə” Ədliyyə Nazirliyinə töhfə verib və onun üçün “Amerika həmişə birinci olub”.