Blinken Kiyevə gedib. 2.7 milyard dollarlıq təhlükəsizlik yardımı

Antoni Blinken (sağda) Kiyevdə uşaq xəstəxanasında Xersondan olan uşaqlarla görüşüb

Prezident Co Bayden administrasiyası Ukraynaya əlavə 675 milyon dollarlıq silah ayırmağı təsdiqləyib

ABŞ-ın dövlət katibi Antoni Blinken Kiyevə qəfil səfər edib. Sentyabrın 8-də Polşaya səfər edən Blinken Ukraynaya gedib.

***

Birləşmiş Ştatlar Ukraynaya və digər ölkələrə 2.675 milyard dollarlıq yardım ayırır. Məqsəd Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalı fonunda Avropada təhlükəsizliyi gücləndirməkdir.

Buna da bax: Zelenski bəzi məntəqələrin geri alındığını təsdiqləyir

2 milyard dollar təhlükəsizliyin gücləndirilməsinə gedəcək

Dövlət katibi Antoni Blinken sentyabrın 8-də bildirib ki, Ağ ev Xarici Hərbi Maliyyə proqramının 2 milyard dollarını Ukraynanın və regiondakı 18 ölkənin, o cümlədən NATO-nun bəzi üzvlərinin, eləcə də “Rusiyanın gələcək təcavüzü riski olan” regional təhlükəsizlik tərəfdaşlarının təhlükəsizliyini gücləndirəcək.

Bu açıqlamadan bir neçə saat öncə isə ABŞ-ın Maliyyə naziri Lloyd Ostin deyib ki, Prezident Co Bayden administrasiyası Ukraynaya əlavə 675 milyon dollarlıq silah ayırmağı təsdiqləyib. Onun sözlərinə görə, Vaşinqton cəbhə zonasında Ukraynanın Rusiya əsgərlərinə qarşı “aşkar uğurlarını” görür.

Rusiya fevralın sonunda Ukraynaya irimiqyaslı hücuma başlayıb.

Buna da bax: Zaporojye AES işçilərilə bağlı iddialar: işgəncə, ölüm, oğurlanma...

12-ci yardım

Ostin sentyabrın 8-də Almaniyada Ramşteyn hava bazasında iclasın əvvəlində deyib ki, Bayden administrasiyası ötən avqustdan bəri Ukraynaya ABŞ-ın inventarından 12-ci dəfədir avadanlıq ayırır. Onun sözlərinə görə, budəfəki paketə 105 mm-lik haubitsalar, yüksək dəqiqlikli GMLRS raketləri, artilleriya sursatı daxildir.

8 sentyabr açıqlaması daxil olmaqla Bayden administrasiyası dövründə Birləşmiş Ştatların Ukraynaya yardımının ümumi məbləği 15.2 milyard dollara çatıb.

Buna da bax: Ukraynanın cənubdakı hücumu ‘mərhələli olacaq’

Müdafiə nazirləri Ramşteyndə Ukrayna əsgərlərinə təlim məsələlərini koordinasiya edəcəklər.

Son bir neçə həftədə Ukraynada döyüşlər qızışıb. Ukrayna Rusiyanın işğalın əvvəlində ələ keçirdiyi əraziləri geri almaq üçün əkshücumlar həyata keçirir.