ABŞ Azərbaycandakı vətəndaşlarını Naxçıvana getməməyə çağırıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Altıncı günündə ABŞ-İsrail-İran müharibəsinin sədası Qafqazdan eşidildi

ABŞ martın 5-də Azərbaycandakı vətəndaşlarını Naxçıvana səfərdən çəkinməyə çağırıb. Həmin gün Azərbaycanın muxtar eksklavına dron zərbələri endirilib, Bakı ilə Tehran arasında gərginlik yüksəlib.

Dövlət Departamenti ABŞ-nin Azərbaycandakı səfirliyi vasitəsilə yaydığı təhlükəsizlik xəbərdarlığında bildirib ki, "naməlum sayda" dron yerli vaxtla günorta saatlarında Naxçıvana zərbə endirib, Naxçıvanın beynəlxalq hava limanının terminal binasını vurub, dronlardan biri məktəb binasının yaxınlığına düşüb.

Xəbərdarlıqda deyilir ki, ABŞ hökumət personalının regiona səfəri qadağan edilib, Amerika vətəndaşlarına hadisələrin inkişafını diqqətlə izləmək, gərəkərsə yardım istəmək tövsiyə olunub.

Martın 5-də Bakı İranla sərhəd yaxınlığındakı hava məkanını 12 saatlığa bağlayıb.

Azərbaycan prezidenti İlham Əliyev hadisəni "çirkin terror aktı" kimi pisləyib, Tehrandan üzrxahlıq tələb edib. Dövlət başçısı deyib ki, hücumu törədənlər məsuliyyətə cəlb olunmalıdır.

Tehran isə Azərbaycanı, qonşu ölkələri hədəfə almadığını bildirib.