Trampın İranla sazişi: 'Obama dövründəkindən də pis'
Sizin brauzer HTML5-i dəstəkləmir
Dörd aylıq hərbi münaqişədən sonra ABŞ və İran prezidentləri anlaşma memorandumu imzalayıblar. Ardınca İsveçrədə iki ölkə arasında rəsmi danışıqlar başlayıb.
Bununla belə, prezident Donald Trampın imzaladığı razılaşma ABŞ-də kəskin tənqidlərə səbəb olub. Respublikaçılar Partiyasındakı müharibə tərəfdarları bu atəşkəsi Trampın zəifliyi və ABŞ-nin faktiki məğlubiyyəti kimi dəyərləndirirlər. Saziş İrana əhəmiyyətli güzəştlər versə də, ABŞ rejim dəyişikliyi, uranın zənginləşdirilməsinin qadağan edilməsi və raket proqramının məhdudlaşdırılması kimi əsas hədəflərinə çata bilməyib.
"The Bulwark" nəşri yazır ki, sazişin şərtləri Barak Obama dövründəki nüvə sazişindən daha pisdir və İran Hörmüz boğazının blokadası üçün yeni rıçaq qazanıb. Təhlilçilərə görə, Trampı bu sənədi imzalamağa məcbur edən əsas amil onun ölkədə sürətlə düşən reytinqidir.