Braziliya futbol klubunun 3 oyunçusu təyyarə qızasından sağ çıxıb

Chapecoense klubunun furbolçuları

Braziliyanın «Chapecoense» futbol komandasını aparan təyyarə noyabrın 28-də Kolumbiya üzərində qəzaya uğrayıb.

Hakim dairələrin məlıumatına görə, nəticədə təyyarədə olan 81 nəfərdən azı 76-sı həlakl olub.

Məlumatlara görə klubun 3 futbolçusu qəzadan sağ çıxıb.

Komanda noyabrın 30-da Cənubi Amerika Kubokunun finalında mübarizə aparmalı idi.

Qəzanın səbəbi məlum deyil. Amma yerli yerli mətbuat qəza zamanı güclü yağış yağdığını və şimşək çaxdığını yazır.