Liviyada Azərbaycan vətəndaşı qalmayıb

Liviya qiyamçısı, 22 aprel 2011

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini davam etdirir. Suriyadan qayıtmaq üçün Azərbaycan vətəndaşlarından səfirliyə müraciət edən olmayıb.

Bu haqda AzadlıqRadiosuna Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib:

«Suriyadakı gərginliklə bağlı bir çox vətəndaşlarımız artıq oranı tərk edib. Növbəti tərk edənlər haqqında hələ ki, səfirliyə məlumatlar daxil olmayıb. Müraciət olarsa, onların geri qayıtması təşkil olunacaq».

Suriyada 100-ə qədər Azərbaycan vətəndaşının işlədiyi və təhsil aldığı bildirilir.

E. Poluxov deyir ki, Liviyada qeydiyyatda olan Azərbaycan vətəndaşı qalmayıb:

«Bir neçə ailə quran azərbaycanlı var ki, onlar da hələ Liviyada qalmaq istəyirlər».