Nazir Gəncədə vətəndaşları qəbul edəcək

Ramil Usubov

Daxili İşlər naziri Ramil Usubov mayın 5-də qərb bölgəsindən olan vətəndaşları qəbul edəcək.

DİN-in mətbuat xidmətinin məlumatına görə, görüş Gəncə şəhər Polis İdarəsində keçiriləcək.

Nazir Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz və Qazax rayon sakinlərini qəbul edəcək.