ABŞ Suriya rəsmilərinə qarşı sanksiyalara hazırlaşır

ABŞ etiraz askiyası iştirakçılarına qarşı “yolverilməz” hesab etdiyi üsullardan istifadə etdiyi üçün Suriya rəsmilərinin bəzilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdən keçirir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Tommy Vietor bu gün bildirib ki, ABŞ Suriyada rəsmilərin davranışının qətiyyən yolverilməz olduğunu ifadə etmək üçün siyasətini, o cümlədən də Dəməqşin bəzi rəsmilərinə qarşı sanksiyalar qoyulmasını müzakirə edir.

Bu gün beynəlxalq insan haqlarını müdafiə təşkilatı olan Human Rights Watch da ABŞ və Avropa Birliyinə müraciət edərək Suriyaya sanksiyalar tətbiq olunmasını xahiş edib.

Aprelin 25-də Suriyadan gələn məlumatlara görə təhlükəsizlik qüvvələri zirehli texnika ilə Deraa şəhərinə hücuma keçib, azı 25 nəfər həlak olub. Keçən aydan bəri bu şəhərdə prezident Bəşər Əsədin istefası tələbilə etiraz askiyaları keçirilir.

Suriyadan verilən başqa məlumatlara görə təhlükəsizlik qüvvələri paytaxt Dəməşqin yaxınlığındakı Douma şəhərinə də hücum ediblər. Şahidlər bu gün səhər başlayan hücum zamanı yerli sakinlərə atəş açıldığını və xeyli sayda adamın həbs edildiyini bildirirlər.

Yerli sakinlər bu gün Jabla şəhərinə də hökumət qüvvələrinin yerdildiyini və onların azı 13 nəfəri qətlə yetirdiklərini bildirirlər.

İnsan haqları fəalları Suriyada etirazlar başlayandan bu yana 350 mülki sakinin həlak olduğunu, onların da yarıya qədərinin son üç gündə qətlə yetirildiyini qeyd edirlər.