Zərdüşt Şəfi. Danışır cənab Ölü
















Yalnızlıq atdız üstümə-

Altında əzilib qaldım...

Məni yuxu gördü hər kəs-

Ölümə yozulub qaldım...



Uşaqlar ağ kirəc ilə

Məni çəkdilər küçəyə...

Yağan yağış yudu məni

Asfaltda pozulub qaldım...



Böyütdülər, yaşatdılar,

Məni yaman aldatdılar...

Bir soyuq daşın üstünə

Həriflə cızılıb qaldım...