ABŞ Liviyada pilotsuz təyyarələrdən istifadə edir

ABŞ-ın Müdafiə Nazirliyi aprelin 23-də bildirib ki, Liviyada pilotsuz təyyarələrdən istifadə etməyə başlayıb. Amma Nazirlik bu təyyarələrlə konkret hansı hədəflərə zərbələr vurulduğunu qeyd etmir.

Bundan əvvəl NATO məlumat vermişdi ki, xüsusilə şəhər yerlərindəki hədəfləri daha dəqiq vura bilmək üçün pilotszu təyyarələrdən istifadə oluncaq.

Aprelin 23-də müxalifətin nəzarət etdiyi və artıq iki aydır ki, Qaddafi qüvvələrinin mühasirədə saxladıqları Misrata şəhərində döyüşlər davam edir. Bu gün səhər Qaadafi qüvvələrinin həmin şəhərdən çəkiləcəkləri barədə xəbərlər yayılsa da müxalifətin silahlı qüvvələri bugünkü atışmalarda azı 10 nəfərin həlak olduğunu, 50 nəfərin də yaralandığını bildirirlər.