İki müxalifətçi azadlığa buraxılıb

Aprelin 23-də İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli azadlığa buraxılıb.

Nəsimi rayon Məhkəməsi K. Nağıbəyliyə 7 sutka həbs vermişdi. O, 17 aprel aksiyasından bir gün əvvəl tutulmuşdu.

Müxalifətin son aksiyası zamanı tutulan və barəsində 6 sutkalıq həbs qərarı çıxarılan AXCP üzvü Xəyal Rüstəmov da aprelin 23-ü azadlığa çıxıb.