Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

Xarici işlər nazirləri

Aprelin 22-də Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Elmar MəmmədyarovEdvard Nalbandyan Moskvada işgüzar görüş keçiriblər.

Məlumatı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Görüşdə bu il martın 5-də Soçidə əldə edilmiş razılaşmalara uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar aktual məsələlər müzakirə olunub.

Görüş mətbuatın iştirakı olmadan qapalı qapılar arxasında keçib.