Kürün səviyyəsi qalxır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kürün səviyyəsinin qalxdığını xəbərdarlıq edib.

Nazirliyin məlumatına görə, son 2 gün ərzində Gürcüstan ərazisində çayın səviyyəsi 108, Ağstafa rayonunun Qıraqkəsəmən məntəqəsində isə 31 sm qalxıb.

Məlumatda qeyd olunur ki, aprelin 24-dək arabir intensivləşəcək yağışları nəzərə alanda Kürün yuxarı axınında suyun səviyyəsinin bir qədər artacağı gözlənilir.

Həmçinin yağışlara görə respublikanın dağ çaylarında qısamüddətli daşqın və sel olacağı ehtimal olunur.