Fukushimo-Dayiçi stansiyasının ətrafı qadağan zonası elan edilib

Yaponiya hökuməti qəza baş vermiş Fukushimo-Dayiçi stansiyasının 20 kilometrliyini rəsmi qadağan zonası elan edib.

Bunu hökumətin sözçüsü Yukio Edano bəyan edib.

Bundan sonra bu zonaya girmək istəyənlər cərimə olunacaqlar.

Bu ərazidən təxminən 80 min adam köçürülüb.

Amma son vaxtlar onlardan bəziləri geri dönüb.