Yaponiyada ixrac azalıb

Nəqliyyat ixracatı mart ayında 28 faizə qədər azalıb

Yaponiya deyir ki, onun ixracatının səviyyəsi ötən ay düşüb. Bunun səbəbləri də zəlzələ və sunami olub.

Təbii fəlakət aparıcı sənaye üçün təchizat xətlərini dağıdıb.

Yaponiyanın Maliyyə naziri deyib ki, ən çox avtomobil ixracına zərbə deyib. «Toyota», «Honda» və «Nissan» avtomobil şirkətləri ehtiyat hissələrinin çatışmazlığı ucbatından istehsal əməliyyatlarına ara verməli olmuşdu.

Maliyyə Nazirliyi deyir ki, nəqliyyat ixracatı mart ayında 28 faizə qədər azalıb.