İlham Əliyev İTAR-TASS agentliyinin baş direktoruna orden verib

Prezident İlham Əliyev Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.

Prezidentin aprelin 13-də imzaldığı sərəncam bu gün – aprelin 18-də elan edilib.

Sənədə görə Vitali İqnatenko Azərbaycanla Rusiya Federasiyası arasında informasiya sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmlənməsində xüsusi xidmətlərinə görə bu mükafata layiq görülür.