Suriyada etiraz askiyasında azı 7 nəfər öldürülüb

Aprelin 18-də Suriyanıln Homs şəhərində keçirilən etiraz askiyalarında təhlükəsizlik qüvvələri ilə toqquşmalarda azı 7 nəfər həlak olub.

Bu ölkədə bir neçə aydır prezident Bəşər Əsədin istefası tələbilə keçriilən etiraz askiyalarında onlarla adam həlak olub.

Prezidentin hökumətin tərkibini dəyişməsi və siyasi islahatlar vədi də gərginliyi azalda bilməyib.

WikiLeaks saytının yaydığı yeni məlumata görə isə ABŞ Dövlət Departamenti gizlicə prezident Bəşər Əsədin oponenti olan müxalifət qruplarına maliyyə dəstəyi verirmiş. “The Washington Post” qəzetində aprelin 18-də çap olunan WikiLeaks-in məlumatında iddia edilir ki, 2006-cı ildən bu yana ABŞ Suriya müxalifətinin Londondakı nümayəndələrinə peyk televiziyasının yaradılmasına 6 milyon dollar pul verib. Amma WikiLeaks saytının məlumatından aydın olmur ki, ABŞ hələ də Suriya müxalifətinə yardım edir, yoxsa, yox. Həmin məlumata görə ən azı 2010-cu ilin sentyabrından müxalifətə maliyyə verilməsi kəsilib.

ABŞ Dövlət Departamenti bu məlumata şərh verməkdən imtina edib.