Çində təbii fəlakət nəticəsində 17 adam ölüb

Çinin Quandun əyalətində baş verən güclü yağış və külək nəticəsində 17 adam həlak olub, 100-dən çox adam xəsarət alıb.

Sinxua agentliyinin xəbərinə görə, təbii fəlakət nəticəsində əraziyə 7 milyondan artıq ziyan dəyib.