Azərbaycan yığması İtaliyada 2-ci görüşü uduzdu

Azərbaycan 19 yaşadək futbolçulardan ibarət milli komandası İtaliyada təlim-məşq toplantısı çərçivəsində növbəti yoldaşlıq görüşünü keçirib.

Vəli Qasımovun yetirmələri bu dəfə yerli “Renate” klubu ilə görüşüb.

Oyun 2:0 hesabıyla meydan sahiblərinin xeyrinə qurtarıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda “Carpenedolo” klubu ilə 1:1 oynayıb.