Gaddafi üsyançılara qarşı kaset bombalardan istifadə edir

Human Rights Watch təşkilatı bildirir ki, Gaddafi qüvvələri üsyançılara qarşı kaset bombalardan istifadə edir.

Təşkilat mühasirədə olan Misrata şəhərinə azı 3 belə mərmi düşdüyünü deyir.

ABŞ Dövlət katibi Hillari Clinton onda belə bir məlumat olmadığını, amma Gaddafi qüvvələrin bu cür silahdan istifadə etməsinə təəccüblənmədiyini bildirib.

Qeyd edək ki, kaset bombaları 100-dən çox ölkədə qadağan edilib.

Sərhədsiz Reportyorlar təşkilatı isə Misrata şəhərində dinc sakinlər arasında xeyli itki olduğunu xəbər verir.

Yeni, yaralıları qəbul etmək üçün köhnə yaralıları vaxtındanəvvəl evə yazırlar.