Xodorkovskinin işi üzrə keçmiş məhkəmə rəsmisi hakimi tənqid etdi

Rusiyada keçmiş Yukos neft şirkətinin rəhbəri Mixail Xodorkovskinin işi üzrə keçmiş məhkəmə rəsmisi “Novaya Qazeta”nın bugünkü sayında çap edilən müsahibəsində hakimi ittiham edib. Məhkəmənin administratoru olmuş İqor Kravçenko deyib ki, əslində Xodorkovskinin azadlıqdan məhrum edilməsi barədə qərarı hakim Viktor Danilkin çıxarmayıb. O, kənardan verilən hökmü sadəcə olaraq elan edib.

Ötən ilin dekabrında elan edilən hökmə görə Xodorkovski öz şirkətinin 25 milyard dollar pulunu mənimsəyib. Ona görə də 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xodorkovski əslində eyni məzmunda ittihamlar 2003-cü ildə səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi. İnsan haqları fəalları deyirlər ki, əslində Xodorkovski o zaman prezident olan Vladimir Putionlə yola getmədiyi üçün belə ittihamla üzləşib.

Bundan əvvəl həmin məhkəmənin daha bir keçmiş rəsmisi hakim Danilkinin Xodorkovski haqqında sifarişlə hökm çıxarıdğını bildirib. O zaman hakim bu ittihamı rədd etmişdi.