Prokuror prezidentin həbsini istədi

Haaqa Məhkəməsi

İyulun 14-də Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsinin prokuroru Sudan prezidentinin həbsini istəyib. Ömər əl Bəşiri Darfur bölgəsində insanlıq əleyhinə cinayətlər, soyqırım və müharibə cinayətləri törətməkdə ittiham edirlər.


Prokuror Luis Moreno Okampo hakimlərə deyib ki, ərəb yaraqlılarının afrikalı fermerlərə hücumlarına görə, Sudan prezidenti məsuliyyət daşıyır. 2003-cü ildən bəri yaraqlıların hücumu nəticəsində yüz minlərlə insan ölüb, milyonlarla insan isə evindən didərgin düşüb.


Bu, beynəlxalq məhkəmənin vəzifə başında olan prezidentin həbsi ilə bağlı ilk istəyidi.


Sudan hökuməti ittihamları rədd edir. Deyir ki, belə ittihamlar Darfurda daha çox qan tökülməsi ilə nəticələnə bilər.