Dünyada xoşbəxtlərin sayı artır

Dünyanın xoşbəxti danimarkalılardır

Getdikcə bütün dünyada insanlar özlərini daha xoşbəxt hiss edirlər. Bunu bir neçə elmi tədqiqat təsdiqləyib. Miçeqan Universitetinin sosail araşdırmalar bölümünün məlumatına görə, axır 25 ildə tədqiq olunan 52 ölkədən 40-da xoşbəxtlərin sayı artıb.


Başqa bir tədqiqata görə, 100-ə yaxın ölkənin 80 faizində insanlar xoşbəxtdir. Müəlliflər deyirlər ki, iqtisadi artım, demokratikləşmə, tolerantlıq xoşbəxtliyə səbəb olan amillərdəndir.


Dünyanın xoşbəxti isə danimarkalılardır. Bu ölkədə əhalinin təqribən yarısı - 52 faizi belə deyib. Zimbabve isə xoşbəxtlik siyahısında ən aşağıda gəlir.