Meriyanın binası önündə piket keçirmək barədə qərar qəbul edilib

Müsavat Partiyasının Divanı sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz olaraq aksiya keçirmək barədə qərar qəbul edib. Bu xəbər «Turan»a partiyanın Mətbuat Xidmətindən daxil olub.


Xəbərə görə, aksiyanın iyulun 11-də saat 12:00-da Bakı meriyasının binası önündə keçirilməsi qərara alınıb.


Polis Müsavatın ötən ay meriyanın qarşısında keçirmək istədiy aksiyanın qarşısını alıb.